Əmək Müfəttişliyi tərəfindən bu il tikinti sektorunda 1176 yoxlama aparılıb, 218 obyektdə iş prosesi dayandırılıb, 295-nə xəbərdarlıq edilib
Əmək Müfəttişliyi Xidmətinin məlumatına əsasən, 2023-cü ildə tikinti sektorunda 1176 yoxlama aparılıb.
Qurumun göstəricilərinə əsasən, 218 tikinti obyektində iş prosesi dayandırılıb, 295 obyektə xəbərdarlıq edilib.
“Tikinti sektoru yüksək riskli sahədir. Müvafiq olaraq, qurum iş yerlərində bədbəxt hadisələrin baş verməməsi üçün mütəmadi olaraq obyektlərə baxış keçirir”- deyə Əmək Müfəttişliyindən bildirilib.
Qurumdan qeyd edilib ki, hər bir qanun pozuntusuna görə Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq sanksiya tətbiq edilib.