Əlverişsiz hava şəraitinə görə avtomobil yollarının ayrı-ayrı hissələrində məhdudiyyətlər tətbiq edilib
Əlverişsiz hava şəraitinə görə avtomobil yollarının ayrı-ayrı hissələrində məhdudiyyətlər tətbiq edilib

 
Güclü qar yağdığına görə, daxili dövlət əhəmiyyətli Borcomi-Bakuriani-Axalkalaki avtomobil yolunun 31 km – 63 km (Andeziti – Ğado) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bu haqda məlumatı Gürcüstanın Avtomobil Yolları Departamenti yayır.

Onların məlumatında avtomobil yolunun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinin sərbəst olduğu deyilir.

“Qar yağmasına görə, daxili dövlət əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 185 km – 192 km (Uşquli-Lasdili) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, 141 km – 184 km (Mestia-Uşquli) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Avtomobil yolunun
1 km – 140 km (Zuqdidi-Mestia) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Qar yağmasına görə, daxili dövlət əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km – 62 km (Nakerala aşırımı) hissəsində, Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali yolunda və Qomi-Saçxere-Ciatura-Zestaponi avtomobil yolunun 1 km – 52 km (Qomi-Savane) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir” – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.