Əlverişsiz hava şəraiti səbəbindən Tbilisi Beynəlxalq Hava Limanından bir neçə istiqamətdə uçuşların həyata keçirilməsi mümkün olmayıb
Əlverişsiz hava şəraiti səbəbindən Tbilisi Beynəlxalq Hava Limanından bir neçə istiqamətdə uçuşların həyata keçirilməsi mümkün olmayıb

 
Əlverişsiz hava şəraiti səbəbindən Tbilisi Beynəlxalq Hava Limanından bir neçə istiqamətdə uçuşların həyata keçirilməsi mümkün olmayıb.

Konkret olaraq, İstanbul, Münhen, Riqa, Dubay və Bakı istiqamətində bir neçə reys ləğv edilib. Bundan əlavə, İstanbuldan Tbilisi istiqamətindəki reyslər də ləğv edilib.

Ləğv edilən uçuşlar arasında Tbilisidən İstanbulun “Sabiha Gökçen” Hava Limanına planlaşdırılan bir neçə müntəzəm reys də var.

Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən “Sabiha Gökçen” Hava Limanından Tbilisi istiqamətində, “Pegasus” və “Turkish Airlines” aviaşirkətlərinin təyyarələrinin həyata keçirəcəyi uçuşlar da təxirə salınıb. “Turkish Airlines”ın Tbilisi-İstanbul istiqamətində planlaşdırılan reyslərindən biri bir neçə saat təxirə salınıb və sərnişinlər hava limanında uçuşu gözləyirlər.