Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun icrası üzrə Tədbirlərin Vahid Koordinasiya Şurası ilin yekununa dair tədbir keçirib
Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun icrası üzrə Tədbirərin Vahid Koordinasiya Şurasının üzvləri ilin yekun tədbirində cari proqramları və gələcək planları müzakirə ediblər.
Məlumatı işğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.
Qurumun məlumatına görə, iclası səhiyyə nazirinin müavini Tamila Barkalaya açıb.
“Tamila Barkalaya Şuranın əhəmiyyətindən və əlillərin hüquqlarının müdafiəsi baxımından həyata keçirilən və ya davam edən layihələrdən danışıb. Tədbirdə baş nazirin insan hüquqlarının müdafiəsi üzrə müşaviri Niko Tatulaşvili, parlamentin “Gürcü arzusu” fraksiyasının sədr müavini Rati Yonatamişvili və Çexiya səfirliyinin İnkişaf üzrə əməkdaşlıq şöbəsinin müdiri Yana Zelingerova da çıxış ediblər.
İclasda nazirliyin sosial müdafiə, məcburi köçkünlər və əmək siyasəti şöbəsinin müdiri Tamar Kurtanidze Gürcüstanda əlillərə alternativ xidmətlərin inkişafı ilə bağlı təqdimatla çıxış edib. İclasda şuraya daxil olan deinstitusionalizasiya, sosial xidmətlərin inkişafı, əlilliyin statusunun müəyyən edilməsi komitələrinin nümayəndələrinin təqdimatları dinlənilib. Tədbir iştirakçıları əlillərin ehtiyaclarını müzakirə edib, gələcək planları müzakirə ediblər.
Görüşdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və əlillər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir Çexiyanın “Karitas” şirkəti ilə nazirlik arasında əməkdaşlıq çərçivəsində Çexiya İnkişaf Agentliyinin dəstəyi ilə baş tutub.
Müəllif -
Mehemmed Bayramaliyev