Əczaçılıq Sektorunun Tənzimləmə Mühitinin Təkmilləşdirilməsi üzrə işçi qrupu əczaçılıq bazarının monitorinqi hesabatını müzakirə edib

Gürcüstanın Baş nazirinin tapşırığına əsasən, Səhiyyə Nazirliyində əczaçılıq sahəsində normativ-hüquqi mühitin təkmilləşdirilməsi məqsədilə Gürcüstanın Milli Rəqabət Agentliyinin verdiyi tövsiyələrin yerinə yetirilməsi üzərində işləyəcək xüsusi işçi qrupu yaradılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, artıq ilk işçi iclas keçirilib, burada əczaçılıq bazarının monitorinqi hesabatı, əldə edilmiş nəticələr və tövsiyələr müzakirə edilib.

Səhiyyə nazirinin tapşırığına əsasən tövsiyələrin icrası ilə bağlı tədbirlər planı hazırlanır ki, bu planda dərman vasitələrinin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması istiqamətində konkret addımlar müəyyən edilir.

İşçi qrupunun üzvləri razılaşıblar ki, atılacaq ilk addımlardan biri elektron reseptlərin tətbiqidir.

Qrupun üzvləri səhiyyə nazirinin müavinləri, Milli Rəqabət Agentliyinin, sığorta sektorunun nümayəndələri, əczaçılıq assosiasiyaları və səhiyyə ekspertləridir.