Əczaçılıq məhsulunu idxal edərkən GMP standartına uyğun istehsalı təsdiq edən sənədin təqdim edilməsi məcburi olacaq
Əczaçılıq məhsulunu idxal edərkən GMP standartına uyğun istehsalı təsdiq edən sənədin təqdim edilməsi məcburi olacaq

 
Əczaçılıq məhsulunu idxal edərkən GMP (Yaxşı İstehsalat Təcrübəsi) standartına uyğun istehsalı təsdiq edən sənədin təqdim edilməsi məcburi olacaq. Bəhsi keçən məsələ ilə bağlı hökumətin qanunvericilik təşəbbüsü parlamentə təqdim edilmək üçün artıq hazırdır.

Dəyişikliklərə əsasən, icraçı hakimiyyətin GMP standartının sənədinin məcburi qaydada təqdim edilmə mərhələlərini və şərtləri müəyyən etmək hüququ olacaq.

Hökumət izah edir ki, qanunlayihənin qəbul edilməsi nəticəsində əczaçılıq məhsullarının istehsalçıları, topdansatış distribütorları və əczaçılıq məhsullarının idxalçıları arasında GMP standartının tələbi baxımından vahid yanaşma yaranacaq ki, bu da əczaçılıq bazarında ədalətli rəqabətə və keyfiyyət standartlarının yayılmasına kömək edəcək.

Hökumət dəyişikliklərin tez bir zamanda müzakirə edilməsini tələb edir.