Əfqanıstanda atışma nəticəsində 3 ispan turist həlak oldu
Əfqanıstanda atışma nəticəsində 3 ispan turist həlak oldu

Əfqanıstanın Bamiyan əyalətində baş verən atışma nəticəsində 3 ispan turist həlak oldu.

Yayılan məlumata əsasən, bazardan çıxarkən silahlı şəxs onlara atəş açdı.

Atışma nəticəsində həmçinin, bir Əfqanıstan vətəndaşı da həlak oldu, dörd əcnəbi və üç əfqan yaralandı..

Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumda şübhəli bilinən 4 şəxsi saxladı.