Ədliyyə Nazirliyi - Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığını itirməsi ilə bağlı prosesə başlanılıb, rəy ən qısa zamanda prezidentə göndəriləcək
Ədliyyə Nazirliyi - Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığını itirməsi ilə bağlı prosesə başlanılıb, rəy ən qısa zamanda prezidentə göndəriləcək

 
Dövlət Xidmətlərinin İnkişafı Agentliyində Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb-bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin məlumatında deyilir.

Verilmiş məlumatda qeyd olunduğu üzrə, agentliyin rəyi ən qısa zamanda prezidentə göndəriləcək.

“İctimai maraqdan irəli gələrək, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin Otar Partsxaladzenin Gürcüstan vətəndaşlığını itirməsi ilə bağlı icraata başladığı barədə məlumat yayırıq. Müvafiq prosedurlar başa çatdıqdan sonra agentliyin Gürcüstan vətəndaşlığına xitam verilməsi ilə bağlı rəyi ən qısa zamanda Gürcüstan Prezidentinə göndəriləcək” – məlumatda deyilir.