Ədliyyə Nazirliyi - nazirlik diplomatik korpusun nümayəndələrinə Mixeil Saakaşvili haqqında məlumat verib
Ədliyyə Nazirliyi diplomatik korpusun nümayəndələrinə Mixeil Saakaşvili ilə bağlı məlumat verib. Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayır.
Nazirlikdən verilən məlumatda dekabrın 28-də Aİ nümayəndəliyinin, Aİ-yə üzv dövlətlərin və ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirildiyi deyilir.
“Görüş zamanı diplomatik korpusun nümayəndələrinə Mixeil Saakaşvilinin penitensiar sistemə yerləşdirildiyi gündən onun şəraiti, müalicəsi və onunla rəftar barədə ətraflı məlumat verilib.
Maksimum şəffaflıq Ədliyyə Nazirliyi üçün prioritet məsələdir və gələcəkdə də məsələ ilə bağlı ictimaiyyətə və bütün maraqlı şəxslərə məlumat veriləcək” -deyə nazirliyin yaydığı məlumatda qeyd olunur.