Ədliyyə Nazirliyi qurumun “səyahət-yol” xərcləri ilə bağlı, teleşirkətlərdən birinin yaydığı məlumatı manipulyasiya adlandırır
Ədliyyə Nazirliyi, qurumun “səyahət-yol” xərcləri ilə bağlı, teleşirkətlərdən birinin yaydığı məlumata münasibət bildirib.
Ədliyyə Nazirliyinin açıqlamasında qeyd edildiyinə əsasən, ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan, təyyarə və pilotlar fonunda hazırlanan manipulyasiya süjetində nazirlik rəhbərliyinin işgüzar səfərlərlə bağlı uçuşlara 6 ayda 7 milyon lariyə qədər vəsait xərclədiyi bildirilir.
“İzah edirik ki, süjetdə qeyd olunan məbləğin 6,4 milyon lari Dövlət Reyestrinin Milli Agentliyinin torpaqların sistemli qeydiyyatının islahatı çərçivəsində, ölkə daxilində ezamiyyətlər üçün çəkdiyi xərclərdir, hansı ki, torpaq sahələrinin ölçülməsi məqsədilə ölkə üzrə 750 ölçücü alətin müxtəlif bələdiyyələrə köçürülməsi və yerləşdirilməsini, həmçinin hazırlıq-təlimlərin keçirilməsini, 64 bələdiyyədə meriya nümayəndələri və sakinlərlə işgüzar görüşlər keçirilməsini nəzərdə tutur. Bu xərc sistemin qeydiyyat büdcəsinə daxildir. Torpaq islahatı çərçivəsində bu günədək ümumi sahəsi 194 530 ha olan 612 609 torpaq sahəsi ölçülmüş, ümumi sahəsi 173 272 ha olan 482 190 torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. Ölkə üzrə torpaqların sistemli qeydiyyatına 2022-ci ildən başlanılıb, o, vətəndaşlar üçün tamamilə pulsuzdur və dövlət tərəfindən maliyyələşdirilir”, – Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev