Ədliyyə Nazirliyi - 2008-ci ilin müharibəsi ilə əlaqədar bütün tarixi işlər Gürcüstanın lehinə başa çatıb, Rusiyaya qarşı qazanılmış davaların icrası üçün Gürcüstan Avropa Şurasının Nazirlər Komitəsi ilə aktiv əməkdaşlıq edir
2008-ci ilin müharibəsi ilə əlaqədar bütün tarixi işlər Strasburq və Haaqa məhkəmələrində Gürcüstanın lehinə başa çatıb – bu haqda Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.
“2008-ci ilin avqust müharibəsi ilə əlaqədar Avropa Məhkəməsi tərəfindən təsdiqləndi ki:
Abxaziya və Sxinvali bölgəsi Gürcüstanın ayrılmaz hissəsidir və Rusiya tərəfindən işğal olunub;
Rusiya Federasiyası işğalçı dövlət kimi etnik gürcü əhalinin hüquqlarının kütləvi şəkildə pozulmasına görə cavabdehlik daşıyır;
2008-ci ilin avqust müharibəsi işi üzrə Strasburq Məhkəməsi müharibə zamanı zərər çəkmiş 24 000-dək Gürcüstan vətəndaşının xeyrinə Rusiyanın üzərinə 130 milyon avroya qədər ödəmək öhdəliyi qoydu.
2022-ci ilin sonunda Haaqanın prokuroru Avqust müharibəsi işi üzrə gürcü tərəfi tərəfindən beynəlxalq hüquq normalarının pozulmasını və ya hər hansı digər növ xəta aşkar etmədən istintaqı başa çatdırdı;
2022-ci ildə Haaqa Məhkəməsi avqust müharibəsi zamanı gürcülərə qarşı törədilən cinayətlərə görə Sxinvali bölgəsinin üç “yüksək rütbəli məmuru”na qarşı həbs orderi verdi və bu vaxt üçün dünyasını dəyişmiş rus generalın məsuliyyəti müəyyən edildi.
2024-cü ilin aprelin 9-da Gürcüstan davam edən işğal işi üzrə Rusiyaya qarşı daha bir tarixi qələbə qazandı;
Strasburq Məhkəməsinə əsasən, Rusiya davamlı olaraq Gürcüstan ərazisində qeyri-qanuni “sərhədləşmə” prosesini həyata keçirir, bu da Gürcüstan əhalisinin hüquqlarını kütləvi şəkildə pozur” – Gürcüstanın Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Strasburqun qərarlarının icrasına gəlincə, Ədliyyə Nazirliyində Rusiyaya qarşı qazanılmış davaların icrası üçün Gürcüstanın Avropa Şurasının Nazirlər Komitəsi ilə aktiv əməkdaşlığı davam etdirdiyi deyilir.