Ədliyyə nazirinin müavini - araşdırma arxivin ərazisində baş vermiş yanğının səbəbini müəyyən edəcək, binada alışa bilən film lentlərini qorumaq üçün lazım olan bütün sistemlər yerləşdirilmişdi
Müxtəlif növ yanlış məlumatlar yayılır, ona görə də bir daha vurğulayırıq ki, Milli Arxiv ərazisində baş vermiş yanğın nəticəsində xəsarət alan olmayıb”, – deyə ədliyyə nazirinin müavini Buba Lomuaşvili bildirib.
Lomuaşvilinin sözlərinə görə, araşdırma yanğının səbəbini müəyyən edəcək.
“Mən Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinə belə yüksək peşəkarlıqla yanaşdıqlarına görə təşəkkürümü bildirirəm. Onların köməyi ilə yanğın çox tez lokallaşdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır. O yerə girməyimizə icazə verilmir. Daxili İşlər Nazirliyi bütün hüquqi prosedurları başa vurduqdan sonra nəyin zərər gördüyünü görə biləcəyik. Biz bu risklərdən xəbərdar idik, hər cür mühafizə sistemlərimiz var idi, amma bilirsiniz ki, bunlar tez alışan film lentləridir. Bunun necə baş verdiyini istintaq müəyyən edəcək. Sözügedən ərazidə yerləşdirilən qiymətli materiallar rəqəmsallaşdırılıb və nüsxələri bizdə var. Öz-özünə alışa bilən film lentlərini qorumaq üçün lazım olan bütün lazımi sistemlər bu binada yerləşdirilmişdi”, – deyə Buba Lomuaşvili bildirib.
Ötən gün Milli Arxivin həyətindəki ayrıca yerləşən binada yanğın baş verib. Gürcüstan Milli Arxivi yanğınla bağlı açıqlama yayıb. Bildirilir ki, binada nitro əsaslı film lentləri saxlanılıb, bütün lentlər rəqəmsallaşdırılıb və onların surətləri kinoarxivdə saxlanılır.
Müəllif -
Mehemmed Bayramaliyev