Ədliyyə naziri icra polisi əməkdaşlarını peşə günü münasibətilə təbrik etdi
Gürcüstan Ədliyyə naziri, Rati Breqadze müavinləri və İcranın Milli Bürosunun sədri ilə birlikdə işində yüksək peşəkarlığa görə, icra polislərini xüsusi dövlət dərəcələri ilə təltif etdi və onlara öz vəzifələrini vicdanla yerinə yetirdiklərinə görə təşəkkür etdi.
“İnsan ləyaqətinə və ondan irəli gələn bütün hüquqların qorunmasına diqqət yetirən icra polisini peşə günü münasibətilə təbrik edirəm. İcra polisləri Gürcüstanın xidmətində dayanır və mülkiyyət hüquqlarını qoruyur, hansı da, böyük məsuliyyətdir. Ədliyyə Nazirliyi hər bir polis əməkdaşını dəstəkləyir, onların iş şəraitinin yaxşılaşdırılmasına, sosial təminatlarının gücləndirilməsinə qayğı göstərir”, – Ədliyyə naziri bəyan etdi.
Nazir icra polisi tərəfindən görülən işlərin hesabatı və əldə olunmuş nəticələrlə tanış oldu.