Ədliyyə Evləri və İctimai Mərkəzlər vətəndaşlara bazar ertəsindən cümə gününə qədər xidmət göstərəcəklər
Ədliyyə Evləri filialları və İctimai Mərkəzləri şənbə və bazar günləri artıq işləməyəcəklər. Dövlət Servisləri İnkişafı Agentliyinin məlumatına görə, saat 22:00-dan sonra hərəkət etməyə qoyulan məhuduiiyyətlərdən irəli gələrək, Tbilisi, Kutaisi və Batumi Ədliyyə Evləri istifadəçilərə saat 09:00-dan saat 21:00-a qədər xidmət göstərəcəklər. İşin cədvəlinin dəyişdirilməsinə səbəb koronavirusun yayılmasınım prevensiyasıdır.
“Pandemiya dövründə, koronavirusun yayılmasının prevensiyası məqsədilə, Ədliyyə Evləri və İctimai Mərkəzlər bir sıra tədbirlər həyata keçirdilər:
Cari ilin may ayının beşindən Ədliyyə Evləri və İctimai Mərkəzlər vizitin irəlcədən yazılması prinsipi ilə işləyirdilər və vətəndaşlara servisləri hər gün, şənbə-bazar da daxil olmaqla çatdırırdılar;
1 iyundan Tbilisi, Batumi və Kutaisi Ədliyyə evləri saat 09:00-dan saat 18:00-a qədər əvəzinə, saat 09:00-dan saat 24:00-a qədər 400-ə qədər servis təqdim edirdilər, vətəndaşlar xidməti hər gün, şənbə-bazar da daxil olmaqla alırdılar;
9 noyabrdan, yeni məhdudiyyətləri nəzərə alaraq, Tbilisi, Batumi və Kutaisi Ədliyyə evləri vətəndaşlara saat 09:00-dan saat 21:00-a qədər xidmət göstərirdilər;
22 noyabrdan isə, Ədliyyə Evləri filialları və İctimai Mərkəzləri bazar ertəsindən cümə günü daxil olmaqla, saat 09:00-dan saat 21:00-a qədər işləyəcəklər.
Müntəzəm olaraq, miqyaslı dezinfeksiya işləri Gürcüstanda mövcud olan hər 25 Ədliyyə Evində və 85 İctimai Mərkəzində edilir.
Ədliyyə Evləri filialları və İctimai Mərkəzlərində servislərin qəbulu irəlcədən yazılma prinsipi ilə – “my.gov.ge” portalı vasitəsilə mümkündür. Elektron sistemi istifadəçiyə beş dilli servisi təqdim edir – irəlcədən yazılma gürcü, abxaz, osetin, erməni və azərbaycan dillərində mümkündür.
Ədliyyə Evləri filialları və İctimai Mərkəzlərində servislərin alınması üçün vətəndaş:
Vizitə irəlcədən yazılmaq üçün “my.gov.ge” veb-səhifəsinə daxil olmalıdır;
Portalda yerləşdirilmiş təqvimdə tarix və saat yazılmalıdır. Bundan sonra qeyd etdiyi telefon nömrəsinə sms gələcək, burada vizitin tarixi, yeri və vaxtı qeyd olunacaq; həmçinin, xidmətin birdəfəlik kodu gələcək, həmin kodu istifadəçi Ədliyyə Evinə gedərkən təqdim edəcək.
Önəmlidir ki, irəlcədən yazılmamış vətəndaş Ədliyyə Evinə düşə bilməyəcək; filiala gedən şəxsdə maska olmalıdır, maskasız binaya buraxılmayacaq”, – Dövlət Servisləri İnkişafı Agentliyinin məlumatında deyilir.