Ədliyyə Evinin ətrafında avtomobillərin hərəkəti gecə saatlarında müvəqqəti olaraq məhdudlaşdırılacaq

22:51, 19.08.2024

Ədliyyə evinin qarşısında yerləşən piyada körpüsünün sökülməsi işlərinə görə Mtkvarinin sağ sahilində avtomobillərin hərəkəti müvəqqəti olaraqməhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayır.

“Ədliyyə Evinin ətraf ərazisində hərəkətin məhdudlaşdırılması avqustun 20-də saat 00:00-dan səhər saat 05:00-dək qüvvədə olacaq. Yol hər iki istiqamətdə bağlanacaq.

“Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir”, – Tbilisi meriyasının məlumatında qeyd olunub.

Oxşar