Ədliyyə Evi və Pensiya Agentliyi arasında istifadəçilər üçün agentliyin xidmətlərinin göstərilməsi haqqında əməkdaşlıq müqaviləsi imzalanıb
Ədliyyə Evi və Pensiya Agentliyi arasında istifadəçilər üçün agentliyin xidmətlərinin göstərilməsi haqqında əməkdaşlıq müqaviləsi imzalanıb.
Ədliyyə Evindən verilən məlumatda müqavilə çərçivəsində tezliklə Ədliyyə Evində Pensiya Agentliyinin xidmətlərindən yararlanmağın mümkün olacağı deyilir.
Verilən məlumatda birinci mərhələdə texniki işlərin aparılacağı, ön xəttdə olan əməkdaşların təliminə başlanacağı, bunun nəticəsində də Ədliyyə Evinin bütün filiallarında Pensiya Agentliyinin 5 xidmətindən yararlanmağın mümkün olacağı bildirilir. Əməkdaşlıq çərçivəsində xidmətə çıxışın coğrafi ərazisi bütün Gürcüstanı əhatə edəcək və 117 filialda, eləcə də səyyar ədliyyə evlərində təmsil olunacaq ki, bu da istifadəçiyə istədiyi xidmətdən evə yaxın yararlanmaq imkanı verəcək.
Ədliyyə Evinin sədri Laşa Lobcanidze və Pensiya Agentliyinin direktoru Qiorqi Danelia Tbilisi Mərkəzi Ədliyyə Evində müqavilə imzalayıblar, həmçinin xidmətlərin Ədliyyə Evinə inteqrasiyası ilə aradan qaldırılacaq əsas çağırışları müzakirə ediblər. Artıq cari ilin mart ayından etibarən istifadəçilər bütün Gürcüstan miqyasında Ədliyyə Evinin bütün filiallarında Pensiya Agentliyinin xidmətlərindən yararlana biləcəklər.