Ədliyyə Evi - texniki nasazlıq səbəbindən Ədliyyə Evinin filiallarında xidmətlərin göstərilməsi ləngiyib
Texniki nasazlıq səbəbindən Ədliyyə Evinin filiallarında xidmətlərin göstərilməsi ləngiyib-məlumatı Ədliyyə Evi “Facebook”da yazır.
“Bildirmək istərdik ki, Ədliyyə Nazirliyinin sistemindən asılı olmayaraq, provayder şəbəkəsində yaranmış qlobal texniki xəta ilə əlaqədar Ədliyyə Evinin filiallarında xidmətlərin göstərilməsi ləngiyib.
Xətanın aradan qaldırılması üçün intensiv iş aparılır. Xidmətin göstərilməsi prosesi yenilənən kimi Ədliyyə Evinin rəsmi “Facebook” səhifəsində məlumat yerləşdiriləcək. Ləngiməyə görə üzr istəyirik!”- Ədliyyə Evinin bəyanatında qeyd edilir.