Giorgi Kvirikaşvili - Ümid edirəm ki, soyad dəyişdirmənin sərtləşdirilməsi proseduruna vətəndaşlarımız anlayışla yanaşacaqlar
Gürcüstanda soyad dəyişdirmə proseduru sərtləşdirilir və bu Avropa İttifaqı və onun üzvləri ilə razılaşdırılıb, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökümət iclasında verdi.
Baş nazirin qeyd etdiyinə görə, vizaliberalizasiya baxımından müəyyən problemlər yarandı və onların həlli üçün kompleksli plan yaradıldı.
“Bugün çox önəmli dəyişikliklər oldu. Vizaliberalizasiya baxımından müəyyən problemlər yarandı. Biz kompleksli bir plan hazırlamışıq, bu haqda söhbət oldu və diplomatik korpuslarla da görüşlərimiz oldu. Bu addımların tərkib hissəsi Ədliyyə Nazirliyinin təşəbbüsüdür, hansına əsasən, soyad dəyiştirmə proseduru sərtləşdirirldi. Ümid edirəm ki, vətəndaşlarımız bu prosedura anlayışla yanaşacaqlar, çünki vizasız gediş-gəliş rejimini qorumalıyıq” – dedi Giorgi Kvirikaşvili.