Bir neçə şəhər və munisipalitetdə seçkilərin ikinci turu keçirilə bilər
MSK-nın ilkin göstəricilərinə görə, özünü idarə edən şəhər və munisipalitetlərin mer seçkilərində əsasən, “Gürcü Arzusunun” namizədləri liderlik edirlər, ancaq bəzi regionlarda seçkilərin ikinci turu keçirilə bilər.
Bu vaxt üçün mövcud olan ilkin göstəricilərə görə, Kutaisidə ikinci tur “Gürcü Arzusunu” namizədi Giorgi Çiğvaria və (48.87%) və “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze arasında keçirilə bilər (27,18%).
Seçkilərin ikinci turu Xaşuridə, Borcomidə, Ozurgetidə, Martvildə keçirilə bilər.