Qaydalar

Avroviziya müsabiqəçilərinin seçilmə şərtləri

Avroviziya mahnı müsabiqəsinin təşkilatçısı Avropanın Yayımçılar İttifaqıdır (EBU).

Avro-festivalda müsabiqəçiyi təqdim etmək haqqı Avropanın Yayımçılar İttifaqının var.

Gürcüstanın İctimai Yayımçısı Avropanın Yayımçılar İttifaqının üzvüdür. Müvafiq olaraq da, onun Gürcüstandan müsabiqəçinin təqdim edilməsi üçün eksklüziv haqqı var.

Avroviziya müsabiqəsi

Avro-festival böyük bir tədbirdir, hansının təşkilinə çox sayda insan qoşulub. Avro-festival bunları əhatə edir: İdarə qrupu, icraçı prodyusserlər, heyyətlərin rəhbərləri, mətbuat mərkəzi, müsabiqənin keçiriləcəyi məkanın sahibləri, avroklub, fanklub, mövzu və loqo, Avroviziya saytları, ənənəvi tədbirlər, sərt qaydalar.

Ev sahibi olan yayımçı, təşəbbüs qrupu, Avroviziyanın icraçı prodyusseri və Avropanın Yayımçılar İttifaqı Avro-festivalın müəyyən edilmiş qaydalara müvafiq şəkildə keçirilməsini təmin edirlər.

Müsabiqədə qalib gələn ölkə, növbəti il Avroviziya müsabiqəsinin ev sahibi olmaq haqqını qazanır.

Açarın təhvil edilmə mərasimi isə, Avroviziyanın ənənəvi tədbirlərndən biridir. Əvvəlki ilin ev sahibi olan şəhərin meri “Avroviziyanın açarını” növbəti ilin ev sahibi olan şəhərin merinə təhvil edir. Açar həmin şəhərdə bir il qalır, sonra isə, müsabiqədə qalib gələn növbəti ölkəyə verilir.

Nümayəndə heyyətinin üzvlərinin görüşü

Nümayəndə heyyətinin rəhbərlərinin görüşü Avropanın Yayımçılar İttifaqının (EBU) və ev sahibi olan yayımçının təşəbbüsü ilə keçirilir, hansında müsabiqə ilə bağlı önəmli məsələlər müzakirə olunur.

Müzakirə – müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə, müxtəlif vacib dettalların dəqiqləşdirilməsinə, iştirakçılara və müsabiqənin mahnılarına, repetisiyalara, səhnə dizayninə, müsabiqənin yaradıcılıq tərəfinə, medya nümayəndələrinin iştirakına, fanklublara və digər məsələlərə aiddir.

Avro-həftəlik

Avro-festival dəvət gecəsi ilə – Avro-həftəliyinin açılışı ilə başlayır. Daha sonra isə, iştirakçı ölkələrin nümayəndə heyyətləri də qəbul gecələri təşkil edirlər. Yarımfinal və finaldan öncə, mətbuat konfransları, repetisiyalar və kostyumlu repetisiyalar keçirilir.

Avroviziya mahnı müsabiqəsinin yarımfinalları və finalı

Avroviziya müsabiqəsi iki yarımfinal və böyük finaldan ibarətdir.

Avroviziyanın qalibi

Avro-festivalın qalibini tamaşaçılar və jüri seçirlər.

Tamaşaçının öz ölkəsinin nümayəndəsinə səs vermək imkanı yoxdur. Final başa çatandan sonra, iştirakçı ölkələrin spikerləri canlı efirdə öz ölkələrinin səs vermə nəticələrini elan edirlər; Ən yüksək dəyərləndirmə – 12 baldır.

Avroviziya finalistinin bəlli olunmasında tamaşaçı və jüri eyni hüquqa sahibdirlər. Avropa öz qalibini səs vermə nəticəsində seçir.

Artıq ənənəyə çevrildi ki, antrakt zamanı səhnəyə xüsusi qonaq statusu ilə dəvət edilən Avroviziyanın əvvəlki illərdəki iştirakçıları, qalibləri və yaxud başqa ulduzlar çıxırlar.