Gürcüstanın İctimai Televiziyası Gürcüstanda 1956-cı ildə əsası qoyulan dövlət televiziyasının və hətta daha öncə, 1925-ci ildə yaradılan radio yayımları tərəfindən, on illər ərzində yaradılan unikal materialları (audio və video yazılar, bədii, sənədli, elmi, xronikal filmər və fotomateriallar) qoruyub saxlayan yeganə yayımdır.
İctimai Yayımların arxivi 2015-ci ilin payız mövsümündən “Arxiv hər kəs üçün” adlı yeni layihə həyata keçirir. Layihənin məqsədi geniş ictimaiyyətə arxivdə saxlanan materiallar haqqında məlumat çatdırmaq, həmin materialları hərkəs üçün əlyetərli etmək və materialların məqsədyönlü və maraqlı istifadəsini təmin etməkdir.
İctimai Yayımların veb-səhifəsində dövri şəkildə, arxivdə saxlanan müxtəlif unikal materiallar yerləşdirilir. Yayımlar ictimaiyyətin hər bir üzvünə qayğı göstərir və buna görə, vebsəhifəsində əngəlli şəxslər (eşitmə problemi olanlar, görmə problemi olanlar) üçün uyğunlaşdırılmış materiallar yerləşdirəcək.
2016- cı il oktyabrın 1-dən Gürcüstan İctimai Yayımların Azərbaycan dilində verilişlər redaksiyası unikal arxiv materiallarının sayta yerləşdiriləməsinə başladı, – az.gpb.ge .
Qızıl fondda mühafizə olunan video materialların, demək olar ki, müəyyən hissəsi sayta yüklənib. Bunlar da 60-ci illərin sonlarından başlamış 2000-ci ilə qədər gürcü və azərbaycan mədəni əlaqələrinin video kadrlarını əhatə edir. Eləcə də, eksklüziv müsahibələr, Azərbaycan ictimaiyyətinin tanınmış nümayəndələrinin səsi vardır.
Ələlxüsus gürcü –azərbaycan əlaqələri baxımından audio arxivi çox zəngindir. Burada da, unikal müsahibələr, radio tamaşalar, mahnılar, rəqslər, aşıqların ifaları öz əksini tapmışdır.
İctimai Yayımların arxivində həmçinin Tbilisi Azərbaycan Dövlət Teatrının tamaşalarının unikal materialları qorunub saxlanılır.
Daha ətraflı Daha az oxu