Zaal Udumaşvili - bu günki siyası şurada qərar veriləcək, "Milli Hərəkat" Parlamentə daxil olacaq ya yox, mənim mövqeyimdir ki, partiya Parlamentdə olmalıdır
Zaal Udumaşvili - bu günki siyası şurada qərar veriləcək, "Milli Hərəkat" Parlamentə daxil olacaq ya yox, mənim mövqeyimdir ki, partiya Parlamentdə olmalıdır

Bu gün partiyanın siyası şurası toplanacaq. Məhz elə bu günki siyası şurada qərar veriləcək, “Milli Hərəkat” Parlamentə daxil olacaq ya yox. Biz bütün tərəflərin arqumentini dinləyəcəyik, müzakirə edəcəyik və bu müzakirə partiya daxilində və xaricində uzun müddətdir aparılır, – bu barədə “Milli Hərəkatın” üzvü, Zaal Udumaşvili bəyan etdi.

Onun dediyinə görə, bu günki siyasi şurada mövqelər bir daha razılaşdırılacaq.

“İctimaiyyət partiya nümayəndələrinin mövqelərini dinlədi, o cümlədən parlamentə daxil olmaq tərəfdarlarının və əleyhdarlarının. Bu gün bu mövqelər razılaşdırılacaq və qərar qəbul olunacaq. Əminəm ki, bu qərar ona əsaslanacaq ki, ictimaiyyətlə birlikdə yekun məqsədi – Bidzina İvanişvili hakimiyyətini dəyişdirmək adlanan məqsədini necə yerinə yetirək. Mənim mövqeyimdir ki, “Milli Hərəkat” Parlamentdə olmalıdır. Siyasi şuranın bu gün olduğuna görə, mən irəlcədən danışmamaq əhval-ruhiyyəsindəyəm, bu gün biz bir daha hamının arqument və mövqeyini dinləyəcəyik.  Partiyamızın sifariş etdiyi tədqiqatın nəticələri ilə tanış olacağıq və bir neçə saata “Milli Hərəkatın” çox önəmli qərarı məlum olacaq”, – Udumaşvili bəyan etdi.