Serj Sarqsiyan - mənim baş nazirliyimə qarşı küçə hərəkatıdır, sizin tələbinizi yerinə yetirirəm
Ermənistanın baş naziri, Serj Sarqsiyan vəzifəsindən istefa verməsi barəsində bəyanat yaydı.
Bəyanatda qeyd olunduğu kimi, o, vəzifəsindən istefa verir və deyir ki, Ermənistan müxalifətinin lideri Nikol Paşinian haqlı idi.
“Gecə gündüz küçədə duranlara və öz vəzifəsini yerinə yetirmək üçün iş yerinə çətinliklə gedənlər müraciət edirəm. Bütün günləri ictimai nizam intizamı təmin edənləri birbaşa efirdə izləyənlərə müraciət edirəm. Sərhəddə duran döyüşçülər və zabitlərə, həmpartiyalılarıma, bütün siyasi qüvvə və xadimə müraciət edirəm. Ölkə rəhbəri kimi, sonunca dəfə sizə müraciət edirəm.
Nikol Paşinian haqlı idi. Yaranmış vəziyyətdən bir neçə çıxış yolu var, ancaq mən bunların heç birinə getməyəcəyəm. Mənə yaraşmaz. mən ölkə rəhbəri vəzifəsindən, baş nazir postundan istifa verirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatıdır, sizin tələbinizi yerinə yetirirəm”, – Serj Sarqsiyanın bəyanatında deyilir.
Serj Sarqsiyan baş nazir vəzifəsindən bir neçə dəqiqə əvvəl istefa verdi.