Gürcüstan patriarxlığı hesab edir ki, narkotiklərin dekriminalizasiyası haqqında qanunlayihənin parlamentdəki müzakirəsi dayandırılmalıdır.
Bu tələblə patriarxlıq bəyanat yayır.
“Biz hesab edirik ki, narkotik maddələrdən istifadə etmək böyük günahdır, ancaq patriarxlıq heç bir zaman narkotikdən istifadə edən şəxslərin həbs edilməsini tələb etməyib, ancaq düşünürük ki, bu məsələ ilə bağlı müəyyən şərtlər nəzərə alınmalıdır.
Görünür ki, hüquqmühafizə strukturları qeyd olunan qanunlayihənin qüvvəyə minməsindən sonra baş verə biləcək ağır nəticələrlə üzləşməyə hazır deyil. Həmçinin, narkotikdən istifadə edən şəxsin ailəsinə və uşaqlarına verə biləcəyi zərəri də nəzərə almaq lazımdır.
Medya vasitələri tərəfindən sağlam həyat tərzi haqqında ictimai fikir yaradılmalıdır.
Gənclərə xüsusi kurlar keçirilməlidir və narkotikdən istifadə edən şəxsləri nə gözləyəcəyi göstərilməlidir.
Parlamentə təqdim edilən qanunlayihədə müəyyən şərtlər nəzərə alınmayıb və bu mərhələdə onun bu formada müzakirəsinin dayandırılmasını tələb edirik, çünki tez zamanda verilən qərar ölkəyi böyük fəlakətə gətirə bilər” – deyilir patriarxlığın bəyanatında.