Medya, evində Saakaşvilinin həbs edildiyi yüksək rütbəlinin kimliyini açıqlayır
Mixeil Saakaşvili Ukraynanın Milli polis departamentlərindən birinin rəhbərinin evində həbs edidi.
Ukrayna agentliyi LB.ua və TCH teleşirkətinin yaydığı məlumata görə, söhbət polkovnik Yuri Pokinborodadan gedir.
Pokinboroda 2015-ci ilin oktyabr ayından, 2016-cı ilin may ayına qədər Luqansk əyalətinin polis şöbəsinin rəhbəri idi. 2016-cı ildə isə, Milli Polis departamentlərindən birinin rəhbəri oldu.
Ukraynanın Daxili İşlər Nazirliyi kolleqiyasının üzvü olan, deputat Anton Geraşenko 112 teleşirkətinin efirində bəyan etmişdi ki, Saakaşvili öz dəstəkçilərinin birinin evində gizlənirdi.
Odessanın sabiq qubernatorunun həbs edilməsi ilə bağlı Ukrayna Milli Polisinin mətbuat xidməti bəyanat yayır: “Mixeil Saakaşvilinin həbsi Kiyev şəhərinin Solomenski rayonunda baş verdi. DİN əməkdaşları hələlik, Radanın qabağında qurulan çadrlar şəhərinə daxil olmayıblar. İctimayi asayişin qorunması istiqamətində hələ heç bir tədbir həyata keçirilməyib” – deyilir Milli Polisin bəyanatında.