Konstitusiya Məhkəməsi marixuana istifadəsi üçün bütün sanksiyaları ləğv etdi
Gürcüstanın konsitusiya məhkəməsi “Girçi” üzvləri, Zurab Japaridze və Vakhtang Megrelishvilinin şikayətini qəbul etdi, həkim təyinatı olmadan marixuana istfiadəsi üçün mövcüd sanksiyaları konstitusiyaya zidd olaraq tanıdı.
Qərarı konstitusiya məhkəməsinin birinci əməkdaşı elan etdi.
Şikayət edən tərəfin bəyanatına əsasən, marixuana istifadəsi şəxsin müstəqil inkişaf hüququ ilə qorunan sahədir. Onlar təsdiqləməsinə əsasən, marixuana istifadəsi yalnız onun istifadəçisinin sağlamlığına ziyan verə bilər, hansıki nəticəyə elə həmin şəxs cavabdehdir. Şikayət edən tərəf bildirir ki, qeyd olunan davranış başqa heç bir dəyərli ictimai maraq üçün real təhlükə yaratmır. Onların dediyinə görə, marixuanın istifadəsinin yalnız mənəvi və paternalist arqumentlərlə cəzalandırılması şəxsin azad inkişaf hüququ ilə uyğunlaşmır və eynilə Gürcüstan konstitusyasının 10-cu bəndi ilə də üst-üstə düşmür.