İşğal olunmuş Sxinvali bölgəsində qondarma prezident seçkiləri keçirilir
Bu gün işğal olunmuş Sxinvali bölgəsində qondarma prezident seçkiləri keçirilir. Gürcüstanın işğal olunmuş bölgəsində marionet rejiminin rəhbərliyi üçün beş namizəd mübarizə aparır: indiki de-fakto lider Anatoli Bibilov, “Naxas” partiyasının lideri Dimitri Tasoyev, qondarma deputat Qari Muldarov və qondarma Parlamentin vitse-spikeri Aleksandre Pliyev.
İşğalçı rejim işğal olunmuş Sxinvali bölgəsində, eləcə də Şimali Osetiya, Moskva və işğal olunmuş Abxaziyada 76 seçki məntəqəsini açdı.
Gürcüstanın işğal olunmuş bölgəsində 32 min seçici qeydə alınıb. Qondarma seçki məntəqələri saat 20:00-da bağlanacaq.
Separatçı rejimin nəzarətində olan medianın məlumatına görə, Gürcüstanın işğal olunmuş bölgəsinə Rusiya, Avstriya, Venesuela, Suriya, Nikaraqua, İtaliya və Türkiyədən müşahidəçilər gedəcək.