"Gürcüstan üçün" partiyası Acarada bölgə təşkilatını təsis etdi
"Gürcüstan üçün" partiyası Acarada bölgə təşkilatını təsis etdi

“Gürcüstan üçün” partiyası Acarada bölgə təşkilatını təsis etdi. Batumidə ofisin təqdimatında partiyanın lideri, Giorgi Qaxariya iştirak edir və tərəfdarları ilə görüşür.

Qaxariya Batumidə Acara Polis Departamentinin keçmiş direktoru, Konstantine Ananiaşvili ilə birlikdədir. Görüşdə əsasən “Gürcü Arzusunun” keçmiş üzvləri və tərəfdarları iştirak edirlər. Tərəfdarlar arasında şəhərin sakrebulosunun keçmiş və hazırkı üzvləri, həmçinin Batuminin keçmiş meri, Cemal Ananidze də var.

Mediaya şərhini Qaxariya görüşdən sonra verəcək.

“Gürcüstan üçün” partiyası bölgə təşkilatına Batumi Sakrebulosunun keçmiş üzvü, İrakli Mikeladze rəhbərlik edəcək