Gürcüstan Prokurorluğu gizli yazıların yayılması ilə bağlı istintaqa başladı
Gürcüstan Prokurorluğu gizli yazıların yayılması ilə bağlı istintaqa başladı

Gürcüstan Prokurorluğu gizli yazıların yayılması ilə bağlı istintaqa başladı. Bu barədə Prokurorluq tərəfindən yayılan bəyanatda deyilir.

“Gürcüstan Baş Prokurorluğu yayılan gizli yazılar əsasında, Gürcüstan Cinayət Məcəlləsinin 158-ci maddəsinin birinci və ikinci hissələri ilə nəzərdə tutulmuş cinayət əlamətləri ilə istintaqa başaladı.

İş üzrə aparılan istintaq çərçivəsində, yazının əldə olunması və yayılmasının qanuniliyinin müəyyən olunması üçün bütün lazım olan istintaq və prosesual tədbirlər görüləcək. Yayılan yazıların autentikliyinin müəyyən edilməsi məqsədi ilə, müvafiq ekspertizalar təyin olunacaq. İstintaqın nəticələrə barəsində ictimaiyyətə məlumat çatdırılacaq”, – bəyanatda deyilir.