Giorgi Qaxariya Kaxaber Sabanadzeni, Nino Cavaxadzeni və Merab Malaniyanı öz müavinləri vəzifəsinə təyin etdi
Gürcüstan Daxili İşlər naziri Giorgi Qaxariya müavinlərini təyin etdi.
DİN-dən verilən məlumata görə, Qaxariyanın birinci müavini vəzifəsini Kaxaber Sabanadze tutdu.
Kaxaber Sabanadze beynəlxalq hüquq və beynəlxalq əlaqələr üzrə doktorantdır. 2017-ci ilin may ayından Dövlət Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzinin müdir müavini vəzifəsində işləmişdir. 2015-2017-ci illərdə Kaxaber Sabanadze Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizlik İdarəsinin rəis müavini idi. 2008-2010-cu illərdə Gürcüstan Müdafiə Nazirliyinin Kəşfiyyat Departamentinin birinci müavini vəzifəsində çalışmışdır. 2006-2008-ci illərdə Gürcüstanın Xarici Kəşfiyyatın Xüsusi Əməliyyatlar İdarəsinin rəisi və eyni xidmətin əməliyyat şöbəsinin müdir müavini idi; 2004-2006 – Gürcüstan Daxili İşlər Nazirliyinin Antiterror İdarəsinin Beynəlxalq Terrorizmə qarçı mübarizə şöbəsinin müdir müavini idi.
Bundan başqa, Daxili İşlər nazirinin müavini vəzifəsinə Nino Cavaxadze təyin ediildi. O, iqtisadiyyat magistridir. 2013-2015-ci illərdə Nino Cavaxadze İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dünya Ticarət Təşkilatı ilə əlaqələr və ticari danışıqlar idarəsinin rəisi, İqtisadi Şura aparatının inkişaf xidmətinin rəsi və İqtisadi Şura katibinin müavini, eləcə də Gürcüstan və Avropa İttifaqı Assosiasiya Sazişi danışıqları qrupunun üzvü idi. 2016-ci ilin noyabrından Nino Cavaxadze, İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini vəzifəsində çalışırdı.
Nino Cavaxadze Daxili İşlər Nazirliyində Beynəlxalq Əlaqələr, İslahatlar və İnkişaf, Strateji Komunikasiyalar, İctimaiyyətlə Əlaqələr istiqamətləri və Daxili İşlər Nazirliyinin Akademiyasına rəhbərlik edəcək
Bundan başqa, Daxili İşlər Nazirinin müavini vəzifəsində işini Merab Malaniya davam etdirəcək. O, ixtisasca hüquqşünasdır və DİN-də işləməsinin böyük təcrübəsi var. 2015-ci ildə Merab Malaniya Daxili İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin direktoru vəzifəsini, həmçinin, Daxili İşlər Nazirliyinin Xüsusi və Fövqəladə Tədbirlər Mərkəzinin xüsusi tapşırıqlar Departamentinin rəisi vəzifəsini tuturdu. 2016-cı ildən Daxili İşlər nazirinin müavinidir.