Dünya patriarxı Ukrayna Pravoslav Kilsəsinin başçısına avtokefaliya tomosunu verdi
Dünya patriarxı, Bartlome Ukrayna Pravoslav Kilsəsinin başçısı, mitropolit Epifaneyə Ukrayna Kilsəsinin avtokefaliyası barəsində tomosu verdi. Mərasim İstanbulda, Müqəddəs Giorgi adına Kilsədə baş tutdu.
Tomosun verilməsindən sonra kilsəyə toplaşanlara Kostontinopolun patriarxı, Bartlome və Ukrayna Pravoslav Kilsəsinin başçısı, mitropolit Epifane nitqlə müraciət etdilər.
Tomosun verilməsi mərasimində Ukrayna prezidenti, Petro Poroşenko da iştirak edirdi. O, Ukrayna Pravoslav Kilsəsi üçün tomosun verilməsini, tarixi hadisə adlandırdı.