Dövlət Təhlükəsizliyi Xidməti - Ahmet Çatayev Türkiyədə diplomatik missiyalara hücüm etməyi planlaşdırırdı
Dövlət Təhlükəsizliyi Xidməti terorist qruplaşmalarına maddi yardım və silah resursu verməklə ittiham edilən beş nəfəri həbs etdi.
“Bugün səhər həyata keçiriləm xüsusi əməliyyat nəticəsində, Axmeta Rayonun Duisi və Omalo kəndlərindən beş vətəndaş həbs edildi: Zurab Qornakaşvili, Ruslan Aldamov, Ramaz Marqoşvili, Badur Çopanaşvili və Temirlan Maçalikaşvili.
Həbs edilən şəxslər noyabrın 21-22-də Tbilisidə, Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyyat zamanı likvidasiya edilən qruplaşma üzvlərinə yardım etməklə ittiham edilirlər.
Temirlan Maçalikaşvili polisə müqavimət göstərirkən əl qumbarasını partlatmağa cəhd etdi, ancaq polis tərəfindən yaralandı və hazırda ağır vəziyyətdə hospitalizasiya edilib.
İstintaq nəticəsində məlum oldu ki, qeyd olunan şəxslər Ahmet Çatayevin Türkiyəyə keçirilməsinə yardım etməli idilər. Onlar həmçinin, Çataeyin Gürcüstana qeyri-qanuni şəkildə daxil olmasına da yardım etdilər.
Xüsusi əməliyyat zamanı həbs edilən şəxslərin mobil telefonlarından, onların saxlaqları silahların yeri də təsbit edildi.
Amerikalı kolleqaların yardımı ilə, qeyd olunan yerdən avtomat silahları, çantalar, xəritələr, dürbinlər, rasiyalar və teror hücümunun hazırlandığını təsdiqləyən digər dəlillər aşkarlandı.
Beynəlxalq partnyorların yardımı ilə, Qabreil Salosi küçəsində həbs edilən şəxsin kimliyi də bəlli oldu – o Rusiya vətəndaşı Şoaip Borziyevdir, hansı ki terorizm suçu ilə, İnterpol tərəfindən axtarılır.
Öldürülən şəxslərin kimlikləri də bəlli oldu – onlar İbragim Adaşev və Aslanbeq Soltaxmadovdur, hansılar ki, müxtəlif saxta pasportlarla Gürcüstana 2010-2012-ci illərədə daxil olurdular.
Qabriel Salosi küçəsindəki binadaki Ahmet Çatayevin kompyuterindən audio-yazılar aşkarlandı, hansılardan məlum oldu ki, Çatayev Türkiyədə terakt törətməyə hazırlaşırdı. Onun məqsədi isə, diplomatik missiyalara hücüm idi.
Terorist qrupu ilə bağlantıda olan digər şəxslərin aşkarlanması məqsədi ilə, istintaq davam edir” – deyilir Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında.