“Tbilisoba 2023” bayramı çərçivəsində, azərbaycanlı icmanın guşəsi nümayiş olundu

18:00, 02.10.2023

Tbilisidə, ənənəvi olaraq, bu il də “Tbilisoba” bayramı qeyd edildi. Riğe parkı, Abanotubani və Orbeliani meydanında, müxtəlif mədəni- əyləncə tədbirləri, eyni zamanda, “Tbilisinin müxtəlifliyi” adlı sərgi-satış yarmarkası keçirildi.

“Tbilisoba 2023” bayramı çərçivəsində, azərbaycanlı icmanın guşəsi, Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyinin təşkilatçılığı ilə nümayiş olundu. Güşədə, icmanın mədəniyyəti, məişətinə aid nümunələr, müxtəlif əl işləri, mətbəxi təqdim olundu.

Qeyd edək ki, festival iki gün ərzində davam etdi.

Oxşar