Tbilisidə, Veriko Turaşvilinin ifasında “Bahar sənsiz” mahnısına çəkilmiş klipin təqdimatı baş tutdu

15:05, 22.06.2023

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyində, Gürcü müğənnisi Veriko Turaşvilinin ifasında “Bahar sənsiz” mahnısına çəkilmiş klipin təqdimatı baş tutdu.

“Bahar sənsiz” adlı mahnının musiqisi Rauf Hacıyevə, sözləri isə Ənvər Əlibəyliyə aiddir. Müğənni mahnını Azərbaycan və gürcü dilində ifa edib. Veriko Turaşvilinin sözlərinə görə, o,  Azərbaycan dilində, bir neçə mahnı ifa edib və gələcəkdə albom çıxartmağı planlaşdırır.

Oxşar