Tbilisidə türkmən şairi Məxtumqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş sərginin açılışı baş tutdu.
Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyində, türkmən şairi Məxtumqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş “Məxtumqulu Fəraqi: Gürcüstandan baxış” adlı sərginin açılışı baş tutdu.
Sərgidə türkmən rəssamlarının 40-a qədər rəsm əsəri numayiş edildi.
Tədbir Türkmənistanın Gürcüstandakı səfirliyinin və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə keçirildi.
Sərgi ziyarətçilər üçün 2 avqust tarixinədək açıq olacaq.