Tbilisidə, Şota Rustaveli adına Milli Teatrda “Şükriyyə” tamaşası nümayiş olundu

16:48, 15.10.2025

Tbilisidə, Şota Rustaveli adına Milli Teatrda Cavid Zeynallının əsəri əsasında hazırlanan “Şükriyyə” tamaşası nümayiş olundu. İki hissədən ibarət olan dram Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnələşdirilib.

Cavid Zeynallının eyniadlı əsəri əsasında hazırlanmış tamaşa, şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin taleyindən bəhs edir. Əsərdə 1937-ci il repressiyaları dövründə qadınların yaşadıqları çətinliklər təsvir olunur.

Tamaşada Azərbaycanın tanınmış sənətçiləri — Xalq və Əməkdar artistlər çıxış etdilər.
Qeyd edək ki, tamaşa izləyicilərin böyük marağına səbəb oldu və alqışlarla qarşılandı.

Oxşar