Tbilisidə “Polkovnik” sənədli filminin təqdimatı keçirildi
Tbilisidə, Vaxtanq Salaridze adına konsert zalında hərbçi Vəli bəy Yadigarov haqqında çəkilmiş “Polkovnik” adlı sənədli filmin təqdimatı baş tutdu.
Filmin ideya müəllifi Azərbaycanın sabiq baş naziri və xarici işlər naziri, ictimai-siyasi xadim Həsən Həsənovdur.
Tədbirdə Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, səfirliyin nümayəndələri, həmçinin ictimai xadimlər iştirak etdilər.