Tbilisidə, pantomima teatrının səhnəsində “Nəhayət bitdi” tamaşasının premyerası baş tutdu

12:00, 22.11.2021

Tbilisidə, pantomima teatrının səhnəsində “Nəhayət bitdi” tamaşasının premyerası baş tutdu.

Tək pərdəli dramı Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram teatrının truppasi canlandırdi. Tamaşanin rejissoru Turqay Vəlizadədir.

Psixoloji janrlı dram, intihara hazırlaşan bir insanın, sevdiyi qadından, həyatda qarşılaşdığı çətinliklərden, sevinc və xatirələrden bəhs edir. Tamaşanin rejissoru Turqay Vəlizadənin sözlərinə görə, onlar tamaşanın premyerasına qədər bir neçə ay hazırlaşırdılar. Teatr truppasi tamaşaçıları gələcəkdə maraqlı yeniliklər gözlədiyini bildirdi.

Oxşar