Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində sərgi keçirilib

15:16, 18.12.2023

Tbilisidə “Əllə toxunan Azərbaycan xalçaları-ənənənin qorunması” adlı layihənin yekunu ilə bağlı sərgi keçirilib. Sərgidə gənclərin bir ay ərzində hazırladığı əl işləri nümayiş edilib. Tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilib. Muzeyin direktor müavinininin Leyla Əliyevanın sözlərinə görə, layihə çərçivəsində, gənclər əl ilə xalça toxumağı bir ay ərzində öyrəniblər.
Layihə Gürcüstanın mədəniyyət nazirliyinin dəstəyi ilə baş tutub.

Oxşar