Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyində “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum baş tutub
Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyində “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə, vətən müharibəsinin ildönümünə həsr olunmuş “Regionda gənclərin və medianın sülhə dəstəyi” adlı forum baş tutub.
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri, Toğrul Allahverdiyevin dediyinə görə, forumun əsas məqsədi reqionda sülhun dəstəyidir.
Tədbirə dəvət edilən qonaqlar çıxış edərkən, sülhün önəm ve əhəmiyyətindən söz açdılar.
Forum iki paneldən “medianın sülhə dəstəyi” və “gənclərin sülhə dəstəyi” ibarətdir.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Azərbaycan və Gürcüstan media nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndələri, Azərbaycan Gənclər Fondunun nümayəndəsi və ictimai xadimlər iştirak etdilər.