Tbilisidə, “Mənim məhləm” adlı multikultural festival keçirildi

18:10, 18.06.2024

Tbilisidə, İoseb Qrişaşvili adına parkda “Mənim məhləm” adlı multikultural festival keçirildi.
Layihə çərçivəsində, park köhnə Tbilisi həyəti üslubunda bəzədildi, gürcü və müxtəlif etnik azlıqların milli güşəsi yaradıldı, həmçinin “Multikultural Tbilisi” adlı sərgi keçirildi.
Gürcüstan azərbaycanlıları icmasının guşəsi, Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyinin təşkilatçılığı ilə nümayiş olundu. Güşədə, icmanın mədəniyyəti, məişətinə aid nümunələr təqdim olundu.
Tədbir Krtsanisi rayon rəhbərliyinin təşkilatçılığı ilə baş tutdu.

Oxşar