Tbilisidə, “Mən öləndə ağlama” əsərinin motivləri əsasında hazırlanan tamaşanın premiyerası baş tutdu
Tbilisidə, Heydər Əliyev adına Tbilisi Dövlət peşəkar Azərbaycan dram teatrının truppası Pərvin Nuraliyevanın “Mən öləndə ağlama” adlı əsərinin motivləri əsasında hazırlanan tamaşanın premiyerasını təqdim etdi. Tamaşa Qriboyedov adına Dövlət Dram teatrının kiçik səhnəsində baş tutdu.