Tbilisidə “Heydər Əliyev 100” markasının təqdimat mərasimi keçirildi
Tbilisidə “Heydər Əliyev 100” markasının təqdimat mərasimi keçirildi. Xüsusi poçt markası Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar buraxılıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Quram Quramişvili, “Azərpoçt” MMC-nin idarə heyətinin üzvü İsi Mustafayev və media nümayəndələri iştirak ediblər.
Rəsmilər Heydər Əliyevin poçt markasının Gürcüstanda nəşrinin əhəmiyyətindən, Gürcüstanla Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərindən danışdılar.
“Heydər Əliyev 100” markasının təqdimat mərasimi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində keçirildi.