Tbilisidə, "Gürcüstan Milli Parlament Kitabxanasında" 20 yanvar hadisələrinə həsr olunmuş tədbir keçirildi

Tbilisidə, “Gürcüstan Milli Parlament Kitabxanasında”, Azərbaycanın Gürcüstandakı səfirliyi və Tbilisi Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyinin təşkilatçılığı ilə, 20 yanvar hadisələrinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları bir dəqiqəlik sükütla 20 yanvar və 9 aprel hadisələri zamanı şəhid olanların xatirəsini yad etdilər.

Anım mərasiminində, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Xarici işlər nazirinin müavini Laşa Darsalia və Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxış etdilər və bu günün mahiyyətindən söz açdılar.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Xarici işlər nazirinin müavini Laşa Darsalia, həmçinin rəsmi şəxslər və ictimai xadimləri iştirak etdilər.