Tbilisidə, gənc rəssam Şənay Sadiqin "Cümhuriyyət" adlı fərdi sərgisi keçirildi

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyində, gənc rəssam Şənay Sadiqin “Cümhuriyyət” adlı fərdi sərgisi keçirildi.
Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş sərgidə, rəssamın 20-yə qədər rəsm əsəri təqdim olunmuşdu.
Sərgi ziyarətçilər üçün bir gün ərzində açıq idi.
Tədbir Tbilisidə Türkiyə səfirliyinin, Yunus Əmrə institutunun və Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyinin dəstəyi ilə baş tutdu.