Tbilisidə, gənc rəssam Emilya Hüseynovanın "Xəyala ilk addım" adlı fərdi sərgisi keçirildi.

Tbilisidə, Gürcüstan Milli kitabxanasında, gənc rəssam Emilya Hüseynovanın “Xəyala ilk addım” adlı fərdi sərgisi keçirildi. Sərgidə 30-a yaxın rəsm əsəri nümayiş edildi. Gənc rəssam əsərləri, realizm növündə, fərqli janrlarda canlandırıb. Sərgi “Palitra-İnteqrasiya 2024″ çərçivəsində keçirildi.