Tbilisidə, Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş tədbir keçirildi

Tbilisidə, şəhər şurasının və Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyinin təşkilatçılığı və Tbilisi meriyasının dəstəyi ilə, Azərbaycanın görkəmli şairi, Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.

“Ölməz qələm cəngavəri” adlı tədbirdə Tbilisi şəhər şurasının sədri Qiorqi Tkemaladze, Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, həmçinin rəsmi şəxslər və ictimai xadimlər iştirak etdilər.