Tbilisidə, Azərbaycanın Gürcüstandakı səfirliyində “Heydər Əliyev ili”nin yekunlarına həsr olunmuş tədbir keçirildi

15:25, 25.12.2023

Tbilisidə, Azərbaycanın Gürcüstandakı səfirliyində “Heydər Əliyev ili”nin yekunlarına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə, il ərzində, Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdə və həyata keçirilən layihələrdə fəal iştirakları və verdikləri töhfələr üçün, müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər təşəkkürnamə ilə təltif olundu.
Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev qeyd etdi ki, bu şəxslərin verdiyi töhfələr mühüm rol oynayıb.
Tədbirdə Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, səfirliyin nümayəndələri, media nümayəndələri, müəllimlər, mədənniyət və incəsənət xadimləri, həmçinin ictimai xadimlər iştirak etdilər.

Oxşar