Tbilisidə “Aktual məktəb”in jurnalistika kursunun yekunu ilə bağlı tədbir keçirilib

15:00, 21.12.2023

“Aktual məktəb”in jurnalistika kursunun yekunu ilə bağlı Tbilisidə Gürcüstan Milli Parlament Kitabxanasında tədbir keçirilib. Jurnalistika ilə maraqlanan 18 gəncə, 3 ay ərzində jurnalistikanin əsasları və praktiki hissəsi barədə təlimlər keçilib.
Layihənin məqsədi azərbaycanlı tələbələrə jurnalistika üzrə inkişafda və vətəndaş inteqrasiyasında dəstək olmaqdır. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi, həmçinin rəsmi şəxslər və ictimai xadimləri iştirak etdilər.

Oxşar