Tbilisidə 5-6 oktyabr tarixində, “Tbilisoba” bayramı qeyd edildi

15:05, 07.10.2024

Tbilisidə 5-6 oktyabr tarixində, “Tbilisoba” bayramı qeyd edildi.
Mirzə Fətəli Axundov adına Azərbaycan mədəniyyət muzeyinin təşkilatçılığı ilə, “Tbilisoba 2024” bayramı çərçivəsində, azərbaycanlı icmanın guşəsi də nümayiş olundu.
Güşədə, icmanın mədəniyyəti, musiqisi, məişətinə aid nümunələr, müxtəlif əl işləri, mətbəxi təqdim olundu.
Qeyd edək ki, “Tbilisoba 2024” festivalı iki gün ərzində davam etdi. Riğe parkı, Abanotubani və Orbeliani meydanında, müxtəlif mədəni-əyləncə tədbirləri, qastronomik festivallar, sərgi-satış yarmarkası keçirildi.

Oxşar